SƏTƏMM üzrə konsaltinq, audit və sertifikatlaşdırmaya hazırlıq

SƏTƏMM üzrə konsaltinq, audit və sertifikatlaşdırmaya hazırlıq

SƏTƏMM üzrə konsaltinq, audit və sertifikatlaşdırmaya hazırlıq

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və aidiyyəti normativ-hüquqi aktların tələbləri əsasında müəssisədə əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi sisteminin sıfırdan qurulması, minimum tələb olunan sənədləşmə paketinin hazırlanması və rəhbərliyə davamlı məsləhət xidmətinin göstərilməsi;
  • ISO 45001:2018 (Peşə sağlamlığı və əməyin təhlükəsizliyi idarəetmə sistemi) və ISO 14001:2015 (Ətraf mühitin idarə edilməsi sistemi) standartlarının inteqrasiyası, müəssisənin fəaliyyətinə tətbiqi və uyğunlaşdırılması;
  • Müəssisənin istehsalat və xidmət sahələrinə uyğun daxili prosedurların, əməyin təhlükəsizliyi təlimatlarının işlənməsi, mövcud sənədlərin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması;
  • İş yerində icra olunan tapşırıqlar və proseslər üzrə risklərin öncədən identifikasiyası, keyfiyyət və kəmiyyət üzrə qiymətləndirilməsi, habelə risk xəritələrinin işlənməsi;
  • Yüksək riskli işlərin (hündürlükdə iş, qapalı sahələrə giriş, isti işlər və s.) təhlükəsiz icrası üçün işin icrasına icazə sisteminin (PTW) qurulması və nəzarəti;
  • Binalarda və ərazilərdə yanğın risklərinin qiymətləndirilməsi, yanğın təhlükəsizliyi zonalarının xəritələndirilməsi;
  • Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi üzrə məsləhət xidmətləri, əməyin təhlükəsizliyinə dair ümumi konsaltinq və layihə əsaslı SƏTƏMM dəstəyi;
  • İstehsalat və sənaye müəssisələrində proses təhlükəsizliyinin qiymətləndirilməsi və tətbiqi konsaltinqi;
  • Müəssisədə risklərin və kənarlaşmaların aşkarlanması üçün davamlı SƏTƏMM təftişlərinin, əmək qanunvericiliyi və ISO normativlərinə uyğunluq üzrə daxili auditlərin keçirilməsi;
  • Bədbəxt hadisələrin, istehsalat qəzalarının və təhlükəli halların kök səbəblərinin araşdırılması, təhlil olunması, hesabatlaşdırılması və təkrar olunmaması üçün önləyici tədbirlər planının hazırlanması;
  • İş yerlərində fiziki, kimyəvi, bioloji və psixofizioloji faktorların təhlili ilə əmək şəraitinin qiymətləndirilməsi, iş yerlərinin attestasiyası və pasportlaşdırılması;
  • Təhlükə potensiallı obyektlər üçün texniki təhlükəsizlik bəyannamələrinin hazırlanması, istehsalat avadanlıqlarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi və rəsmi sertifikatlaşdırma və ya dövlət yoxlamaları zamanı konsaltinq dəstəyi.

Digər Xidmətlər

Təchizat, icarə və digər xidmətlər 1

Təchizat, icarə və digər xidmətlər

Fərdi mühafizə vasitələrinin (FMV) təmin edilməsi; Yanğından mühafizə avadanlıqlarının təmin edilməsi;...

Kalibrələmə, klapan və texniki xidmətlər 2

Kalibrələmə, klapan və texniki xidmətlər

Ölçü cihazlarının kalibrələnməsi (təzyiq ölçmə cihazları, qoruyucu klapanlar, elektrik ölçmə vasitələri, temperatur ölçmə cihazları, dinamometrik açarlar, ştangenpərgarlar, mikrometrlər, qa...