Ətraf mühitin mühafizəsi və ekoloji konsaltinq

Ətraf mühitin mühafizəsi və ekoloji konsaltinq

Ətraf mühitin mühafizəsi və ekoloji konsaltinq

  • Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ): İri və strateji layihələrin ətraf mühitə gözlənilən təsirlərinin, risklərinin və ekoloji fəsadlarının əvvəlcədən qiymətləndirilməsi sənədi;
  • Məhdud ekoloji qiymətləndirmə: Kiçik və ya spesifik layihələr üçün sadələşdirilmiş ekoloji təsir qiymətləndirmə sənədlərinin hazırlanması;
  • Ekoloji pasport və su təsərrüfatı pasportu: Müəssisənin istehsalat gücünü, resurs istifadəsini, ekoloji көрсətiçilərini, su təchizatını, sudan istifadə həcmini və çirkab su axıntı sistemlərini əks etdirən rəsmi ekoloji sənədlərin işlənməsi;
  • Atıla bilən tullantı həddi layihəsi (ABTH): Stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirici maddələrin maksimum icazə verilən normativ layihəsinin hazırlanması;
  • Buraxıla bilən axıntı həddi layihəsi (BBAH): İstehsalat və məişət çirkab sularının su obyektlərinə və ya mərkəzi kanalizasiya sisteminə axıdılması üzrə normativ layihənin işlənməsi;
  • Ekoloji tədbirlər planı və tullantıların idarə edilməsi: Ətraf mühitə mənfi təsirlərin azaldılması, tullantıların mənbəyində çeşidlənməsi, saxlanması və təhlükəli tullantıların təhlükəsiz idarə olunması üzrə kompleks fəaliyyət planının tərtibi;
  • İstehsalat monitorinqi və ekoloji inventarlaşdırma: Müəssisə ərazisində hava, su, torpaq, küy və vibrasiya göstəricilərinin laborator analizlərlə ölçülməsi, monitorinqi və havanı çirkləndirən mənbələrin rəsmi inventarlaşdırılması;
  • Ekoloji hesabatlılıq (2-TG statistik hesabatları): Atmosfer havasının mühafizəsi, sudan istifadə və tullantıların idarə olunması üzrə dövlət nəzarəti orqanlarına təqdim edilən illik statistik ekoloji hesabatların (2-TG) hazırlanması;
  • Dağ-mədən işlərinin inkişaf planı: Faydalı qazıntıların çıxarılması zamanı mədən hasilatının həcmini, texniki təhlükəsizlik normativlərini və ekoloji bərpa tədbirlərini tənzimləyən fəaliyyət layihəsinin işlənməsi;
  • Dibdərinləşdirmə işlərinin layihələndirilməsi: Su obyektlərində dibdərinləşdirmə aparılarkən su ekosisteminin və biomüxtəlifliyin qorunması üçün xüsusi sənaye-ekoloji layihələrin hazırlanması.

Digər Xidmətlər

Təchizat, icarə və digər xidmətlər 1

Təchizat, icarə və digər xidmətlər

Fərdi mühafizə vasitələrinin (FMV) təmin edilməsi; Yanğından mühafizə avadanlıqlarının təmin edilməsi;...

Kalibrələmə, klapan və texniki xidmətlər 2

Kalibrələmə, klapan və texniki xidmətlər

Ölçü cihazlarının kalibrələnməsi (təzyiq ölçmə cihazları, qoruyucu klapanlar, elektrik ölçmə vasitələri, temperatur ölçmə cihazları, dinamometrik açarlar, ştangenpərgarlar, mikrometrlər, qa...